İngiltərənin “Everton” klubu satışa çıxarılıb.
“Sitat.info” xəbər verir ki, klubun sahibi fars əsilli britaniyalı iş adamı Farhad Moşiri Mersisayd təmsilçisini satmaq fikrinə düşüb.
İş adamı klub üçün alıcılardan 500 milyon funt sterlinq tələb edir.
Qeyd edək ki, Farhad Moşiri 2016-cı ildən “Everton”un sahibidir.
/Qafqazinfo