Millətlər Liqasında "Dördlər finalı"nın püşkü atılıb

14:12 25 Yanvar 2023

UEFA Millətlər Liqasında "Dördlər finalı"nın püşkü atılıb.

Sitat.info-nun məlumatına görə, İsveçrənin Nyon şəhərində tədbirdə yarımfinal cütləri bəlli olub.

İspaniya İtaliya ilə, Niderland Xorvatiya ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Dördlər finalı" 14 - 18 iyunda Niderlandın Rotterdam və Ensxede şəhərlərində təşkil olunacaq. İyunun 14-ü və 15-də yarımfinal matçları, 18-də isə final görüşü baş tutacaq.



Xəbər xətti