Avropa Gəncləri Qış Olimpiya Festivalı: Azərbaycan idmançısı qısa proqramda 10-cu olub

19:50 25 Yanvar 2023

Azərbaycanın fiqurlu konkisürəni Səbinə Əliyeva İtaliyanın Friuli Venesiya Culiya bölgəsində keçirilən Avropa Gəncləri Qış Olimpiya Festivalında ilk çıxışını edib.

Sitat.info xəbər verir ki,  Federasiyadan verilən məlumata görə, o, qısa proqramda hakimlərdən 45.27 xal alıb. Yığmanın ən gənc atleti 30 ölkənin iştirakçısı arasında 10-cu yeri tutub.

Səbinə Əliyevanın növbəti çıxışı yanvarın 27-də baş tutacaq. İdmançı sərbəst proqramda yüksək nəticə uğrunda mübarizə aparacaq.



Xəbər xətti