Türkiyə "Qalatasaray"ı cari mövsümün əvvəlində Portuqaliya "Benfika"sından icarəyə götürdüyü Haris Seferoviçin müqaviləsini ləğv edib.
Sitat.info-nun klubun rəsmi saytına istinadən məlumatına görə, isveçrəli hücumçu ilə sözləşməyə qarşılıqlı razılıq əsasında xitam verilib.
İstanbul təmsilçisindən ayrılan 31 yaşlı forvard İspaniyanın "Selta" komandası ilə anlaşıb.
Qeyd edək ki, Haris Seferoviç bu mövsüm "Qalatasaray"ın heyətində 13 oyuna 2 qol vurub.