Terror təşkilatı PKK/YPG, Suriyanın Həsəkə vilayətində işğal etdiyi bölgələrdə son 3 gündə əksəriyyəti ərəblərdən ibarət daha 55 gənci zorla öz sıralarına cəlb edib.
Sitat.info xəbər verir ki, PKK/YPG terror təşkilatı terrorçuları, kəndin girişlərində, rayonlarda qondarma yol keçid məntəqələri qurub, Həsəkənin İsgəndərunə, Cəzaa, Mustafaviyyə, Kəhurtə və Tel Aver kəndlərindən 38 gənc, Tel Köçər və Cavadiyyənin bazar yerlərindən 17 gənc olmaqla ümumilikdə 55 gənci öz sıralarına cəlb edib.
Qeyd edək ki, terror təşkilatı PKK/YPG, ötən həftə Həsəkə və Hələb vilayətlərində işğal etdiyi bölgələrdə 108 gənci saxlamışdı.
Belə ki, terror təşkilatı yanvarın 25-dən bu yana ən azı 163 gənci zorla öz sıralarına cəlb edib.
Seymur Bənnayev
Sitat.info