Polşa Rusiyanı hərbi cinayətlərə görə təqib etmək üçün tribunal yaradılmasını təklif edir

18:55 1 Fevral 2023

Polşa prezidenti Anjey Duda bildirib ki, rusların Ukraynada törətdiyi hərbi cinayətlərə görə məsuliyyət daşıyacağı xüsusi məhkəmə yaradılmalıdır.
Sitat.info xəbər verir ki, Latviyanın paytaxtı Riqada latviyalı həmkarı Egils Levits ilə görüşən Duda qeyd edib ki, sözügedən məhkəmənin yaradılması iki dövlət başçısının ən mühüm məqsədlərindən biridir.

“Biz hüquqşünaslar və ekspertlərlə danışarkən  yaxşı başa düşürük ki, beynəlxalq hüquqda rusiyalı hərbi cinayətkarların Beynəlxalq Cinayət Məhkəməsi qarşısına çıxarılmasına icazə verən boşluq var”, - deyə Duda Levitslə birgə mətbuat konfransında bildirib.   

Ukraynada törədilən hərbi cinayətlərdə rusların ədalət qarşısında cavab verməsi üçün xüsusi  məhkəmənin yaradılması lazımdır deyən Duda bildirib ki, bu mövzuda beynəlxalq arenadakı dostları ilə də görüşəcək. 

Məğrur,

Sitat.info 



Xəbər xətti