Ukraynada geniş korrupsiya əməliyyatı: keçmiş daxili işlər naziri...

18:54 1 Fevral 2023

Ukraynada korrupsiyaya qarşı mübarizə çərçivəsində keçmiş daxili işlər naziri və bir oliqarxın iqamətgahları ilə vergi idarələrində eyni vaxtda əməliyyat keçirilib.

Sitat.info xəbər verir ki, Prezident Volodimir Zelenskinin partiyasının rəhbəri, David Araxamia bildirib ki, oliqarx İqor Kolomoyski və keçmiş daxili işlər naziri Arsen Avakovun evlərində axtarış aparılıb.

Bəzi gömrük işçilərinin işdən çıxarıldığını bildirən Arakhamia deyib ki,  müharibə zamanı ölkə dəyişəcək. Əgər kimsə dəyişikliyə hazır deyilsə, o zaman dövlət özü gəlib onların dəyişməsinə kömək edəcək.

Qeyd edək ki, Keçən həftə müdafiə rəsmiləri və prezidentin yüksək rütbəli köməkçisi də daxil olmaqla onlarla yüksək vəzifəli məmur işdən çıxarılıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti