Avstriya Rusiyanın 4 diplomatını persona non-qrata (“arzuedilməz şəxs”) elan edib.
Sitat.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, diplomatlardan ikisi BMT-nin Vyanadakı missiyasında, ikisi isə Rusiyanın Avstriyadakı səfirliyində işləyir.
Məlumata görə, onlara Avstriya ərazisini tərk emək üçün möhlət verilib.
Qeyd edək ki, Rusiyanın Ukraynada apardığı müharibə diplomatlarının fəaliyyətinə də təsir edir. Dünyanın bir çox ölkələri Federasiyanın səfirliklərinin diplomatlarını və əməkdaşlarını “casusluq” fəaliyyətinə görə ölkələrindən çıxarır, “arzuolunmaz şəxs” elan edirlər.