“Patriot” zenit-raket kompleksini idarə etməyi öyərnmək məqsədi ilə Ukraynadan olan hərbçilər Almaniyaya gediblər.
Sitat.info xəbər verir ki, bu barədə "Spigel” məlumat yayıb.
Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri fevralın 2-dən Almaniyada təlimə başlayacaq.
Məlumata görə, 70 ukraynalı hərbçi orada təlim alacaq.
Qeyd olunub ki, “Patriot” zenit-raket kompleksi Rusiyanın PUA, raket və ya təyyarə ilə hücumlarının qarşısının alınmasna yardım edəcək.