İranın rabitə və informasiya texnologiyaları naziri İsa Zarepur, ötən həftə ölkənin internet infrastrukturuna kütləvi hücum olduğunu açıqlayıb.
Sitat.info xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, paytaxt Tehranda keçirilən tədbirdə jurnalistlərə açıqlama verən Zarepur, ötən həftə internetə girişdə yaranan 10 dəqiqəlik fasilənin kiberhücum nəticəsində baş verdiyini bildirib.
"İlkin araşdırmalar göstərdi ki, bu, məlumat trafikini azaldan, lakin tez bir zamanda həll edilən çox ciddi kiberhücum idi. Hücumun mənbəyini müəyyən etməyə çalışırıq", - Zarepur bildirib. dedi.
Qeyd edək ki, İran mətbuatında yanvarın 25-də təxminən 10 dəqiqə ərzində internetə çıxışın demək olar ki, tamamilə kəsildiyi barədə məlumatlar yayılıb. Rəsmilər məsələ ilə bağlı şərh verməyiblər.
Seymur Bənnayev
Sitat.info