İngiltərə Bankı uçot dərəcəsini son 15 ilin ən yüksək həddinə çatdırıb

17:05 2 Fevral 2023

İngiltərə Bankı (BoE) uçot dərəcəsini 0,5 faiz bəndi artıraraq 4 %-ə çatdırıb.

Sitat.info bu barədə xarici mətbuata istinadən xəbər verir.

BoE bildirib ki, inflyasiya riski ciddi səviyyədə yüksəlib. Bundan başqa, davamlı inflyasiya pul-kredit siyasətini daha da sərtləşdirilməsini tələb edə bilər.

Qeyd edək ki, İngiltərə Bankının 9 üzvündən 7-si faiz dərəcəsinin 0,5 faiz bəndi artırılmasına, 2 üzvü isə sabit saxlanılmasına səs verib.

Bununla da, 2021-ci ilin dekabrından bəri 10-cu faiz artımına gedən BoE uçot dərəcəsini 2008-ci ildən bəri ən yüksək səviyyəyə yüksəldib.

//Report 



Xəbər xətti