Polşa prezidenti Andrzej Duda, təcavüzkar dövlətləri uzaqda saxlamaq üçün yeni “dəmir pərdə”yə hazır olduğunu bildirib.
Polşa və Latviyanın Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı olduqlarını bildirən Duda, münaqişənin öz ölkələrindən uzaq olması üçün hər şeyə hazır olduqlarını vurğulayıb.
Rusiyanın hazırkı məqsədinin çar imperiyasını bərpa etmək olduğunu iddia edən Duda, müharibəyə qarşı olduğunu və Polşanın təhlükəsizliyi üçün hər şeyi edəcəyini bildirib.
Ölkənin təhlükəsizliyinin ən mühüm amil olduğunu qeyd edən Duda bildirib ki, Şərq sərhəddində qonşularını öldürmək, onların torpaqlarını və azadlıqlarını almaq istəyən təcavüzkar bir dövlətlə qarşılaşmalı olsam, dəmir pərdənin yenidən qurulmasına hazıram.
Seymur Bənnayev
Sitat.info