ABŞ dövlət katibi Antoni Blinken, ötən gün Yaxın Şərqə səfəri çərçivəsində İsrail rəsmilərinin ardınca Ramallahda Fələstin prezidenti Mahmud Abbasla görüşüb.
Sitat.info xəbər verir ki, görüşdən sonra təşkil edilən mətbuat konfransında danışan Mahmud Abbas bildirib: "İsrail iki dövlətli həlli qarışdırmaq və imzalanmış razılaşmaları pozmaqdan məsuldur".
Blinken verdiyi açıqlamada günahsız fələstinlilərin ölümünə də kədərləndiyini bildirib və həm fələstinlilərin, həm də israillilərin evlərində, icmalarında və ibadət yerlərində artan etibarsızlıq və qorxu hissi ilə üzləşdiklərini qeyd edib.
İki dövlətli həllə xələl gətirəcək hər hansı fəaliyyətə qarşı xəbərdarlıq edən Blinken, gərginliyi azaltmaq və şiddəti dayandırmaq üçün tədbirlər görməyin vacib olduğunu bildirib.
Seymur Bənnayev
Sitat.info