“ABŞ Avropa İttifaqını bu təşkilatın müstəqil olduğunu göstərən son əlamətlərindən də məhrum etməklə onu darmadağın etdi.
Sitat.info xəbər verir ki, bu sözləri ABŞ-ın Aİ-yə təsirini qiymətləndirən Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib.
"Onlar “böyük demokratlardır”, lakin demokratiyadan anladıqları şey, demokratiya haqqında öz anlayışlarını hər kəsə sırımaqdır. Aİ-nin demokratiya anlayışı totalitar formaya bürünüb”- deyə Lavrov qeyd edib.
Səid İsaoğlu,
Sitat.info