Aİ təlim keçmiş Ukrayna əsgərlərinin sayını artırır

17:51 2 Fevral 2023

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Avropa Birliyinin Ukraynaya Hərbi Yardım Missiyasının təlim keçmiş Ukrayna əsgərlərinin ümumi sayını 30 minə çatdıracağını açıqlayıb.

Sitat.info xəbər verir ki, Borrell sosial media hesabından verdiyi açıqlamada bildirib ki,  Rusiya müharibəni Avropaya geri qaytardı, lakin Ukrayna mübarizəni davam etdirir. Aİ-nin Ukraynaya Hərbi Yardım Missiyası daha 15 min ukraynalı əsgərə təlim keçəcək. Təlim keçmiş personalın ümumi sayının 30.000-ə qədər artırılacağını Deniz Mihala bildirməkdən olduqca məmnunam.

Həmçinin Borrel bildirib ki, Biz  Baş nazir Şmihala Aİ-nin təhlükə altında olan ərazilərdə minalardan təmizləmə işlərini dəstəkləmək üçün 25 milyon avro ayıracağını bildirdik. Mülki əhalinin və onların dolanışıq vasitələrinin müdafiəsi prioritet məsələdir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti