Norveç Türkiyənin bu tələbini dərhal yerinə yetirdi- Çavuşoğlu

18:18 2 Fevral 2023

"Sabah Norveçdə müqəddəs kitabımız Qurana qarşı hücum olacağını öyrəndikdən sonra Norveçin Ankaradakı səfirini nazirliyimizə çağırdıq. Onlar verdikləri icazəni ləğv etdilər".

Bu sözləri Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib. 

Onun sözlərinə görə, Norveçdə Qurana qarşı hücumla bağlı aksiya keçiriləcəyini öyrənil dikdən sonra Norveçin Ankaradakı səfiri  Xarici İşlər Nazirliyinə çağırılıb.

Aksiyaya verilən icazə ilə bağlı narahatlıq səfirə çatdırılıb. Xarici işlər naziri Mövlud Çavuşoğlu mövzu ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, səfirlik vasitəsilə çatdırılan etirazdan sonra Norveç hökuməti Quranla bağlı keçiriləcək bədnam aksiyanı ləğv edib. 

Nərgiz,

Sitat.info

 



Xəbər xətti