Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, onların Avropa ilə ortaq məqsədi Rusiyanın sanksiyalardan yayınma qabiliyyətini zəiflətməkdir və bu məqsədə nə qədər tez nail olsaq, Rusiya təcavüzünü məğlub etməyə bir o qədər yaxın olarıq.
Ukrayna prezidenti Vladimir Zelenski sabah keçiriləcək “Ukrayna-Avropa İttifaqı Sammiti”ndə iştirak etmək üçün Kiyevə gələn Avropa Komissiyasının sədri, Ursula Von der Leyen ilə görüşüb. Daha sonra tərəflər birgə mətbuat konfransı keçiriblər.
Zelenski bildirib ki, Von der Leyen ilə görüşündə Rusiyaya qarşı yeni sanksiyalar, o cümlədən Aİ-nin 10-cu sanksiyalar paketi müzakirə olunub.
Avropada sanksiyaların sürətinin azaldığına diqqət çəkən Zelenski bildirib ki, əksinə, terror dövləti sanksiyalara uyğunlaşmasını sürətləndirir.
Seymur Bənnayev
Sitat.info