Kiyev məhkəməsi korrupsiyada ittiham olunan Ukrayna müdafiə nazirinin keçmiş müavini Vyaçeslav Şapovalovu həbs edib.
“Sitat.info” xəbər verir ki, bu haqda Ukrayna mətbuatı məlumat yayıb.
Peçersk Rayon Məhkəməsi Şapovalovun iki ay müddətinə həbs edilməsinə qərar verib.
Qeyd edilib ki, o, 402,6 milyon qrivna (təxminən 11 milyon dollar) girov müqabilində azadlığa buraxıla bilər.