Norveç ordusu üçün Almaniya istehsalı olan 54 ədəd "Leopard 2" tankı sifariş edəcək.
Sitat.info xəbər verir ki, Norveçin baş naziri Jonas Gahr Stoere gələcəkdə daha 18 tank almağı düşündüklərini ifadə edərək bildirib: "Biz əmin olduq ki, bir çox NATO müttəfiqlərində və Skandinaviya qonşularımızda mövcud olan tanka sahib olmalıyıq. Bu, Almaniya ilə əlaqələrimizi daha da gücləndirəcək".
Qeyd edək ki, Alman şirkəti Krauss-Maffei Wegmann tərəfindən istehsal olunan əsas döyüş tankı, "Leopard" ilk dəfə 1979-cu ildə Alman ordusu tərəfindən istifadə edilmişdir.
Sözügedən tankın ən son versiyası olan "Leopard 2" tanklarından bu gün Türkiyə, Polşa, İspaniya, Yunanıstan, Danimarka, Norveç, İsveç, Finlandiya, İsveçrə və Avstriya da istifadə edir. Almaniya istehsalı olan tankların başqa ölkələrdə istifadə edilməsi üçün Almaniyanın icazəsi lazımdır.
Seymur Bənnayev
Sitat.info