İsveç və Danimarkada polisin himayəsi altında Quranı yandıran Danimarkalı, ifrat sağçı Rasmus Paludanın uşaqlarla seksual xarakterli söhbətləri üzə çıxıb.
Sitat.info xəbər verir ki, TRT World xəbərinə görə, Paludan 18 yaşından kiçik olduğunu bilsə də, Discord sosial media platforması vasitəsilə uşaqlarla cinsi məzmunlu söhbətlər edib.
Səs yazılarına görə, Paludan, bir müəllimin sinif otağının qabağında bir uşağı cinsi istismar etməsi kimi ssenarilərə yer verilən, narahatedici cinsi məzmunlu söhbətlər aparıb.
Qrup söhbətlərinin birində danışanların Paludana yaşlarının 13-17 aralığında olduğunu dediyi və onun yaşını soruşduqda 39 olaraq cavab verdiyi də bildirilir.
YouTube hesabı 2022-ci ilin fevral ayında bağlandıqdan sonra Discord-dan istifadə etməyə başlayan Paludan, keçmişdə irqçilik, böhtan və yol hərəkəti cərimələri də daxil olmaqla 14 cəza aldı, eyni zamanda onun seksual xarakterli söhbətlərinə görə heç bir hüquqi tədbir görülmədi.
Qeyd edək ki, Paludan yanvarın 27-də Danimarkada məscidin qarşısında və Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Quranı yandırıb.
Seymur Bənnayev
Sitat.info