Dünya fəlakətin kandarından döndü: Toqquşmaqda olan nəhəng cismləri 6 metr ayırdı

19:09 3 Fevral 2023

Yer kürəsi fəlakətli bir toqquşmanın kandarından qayıdıb. "LeoLabs" şirkətinin rəsmiləri iki peyk  obyektinin bir-birindən cəmi 6 metr uzaq keçdiyini açıqlayıb. 
Peyk izləmə  şirkəti LeoLabs iki kosmik gəminin bir-biri ilə azacıq fərqlə toqquşmadan qurtulduğunu açıqlayıb. 

Sitat.info xarici mediaya istinadən bildirir ki, toqquşma Sovet İttifaqı dövründən qalma  bir raket gövdəsi ilə casus peyki arasında baş verəcəkdi.

LeoLabs-ın açıqlamasına görə, yanvarın 27-də iki obyekt arasındakı məsafə yalnız metrlə ölçüldü. Lakin xoşbəxtlikdən toqquşma baş verməyib.

Şirkət  iki obyektin bir-birinin yanından cəmi 6 metr məsafə ilə keçib  uzaqlaşdığını bildirib.

Toqquşma nəticəsində minlərlə təhlükəli hissə yarana bilərdi. Mütəxəssislər belə bir toqquşmanın Yer orbitində minlərlə təhlükəli parçanın yaranmasına səbəb olacağını deyirlər.

Qeyd edək ki, Aşağı Yer orbitində kosmik gəmi hissələrinin sayı artır. Bir-biri ilə toqquşduqca daha kiçik və daha təhlükəli parçalar əmələ gətirirlər.

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti