2022-ci ildə Ermənistanda törədilən cinayətlərin ümumi sayı əvvəlki ilə nisbətən 24,4% artıb.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu məlumatlar Ermənistan Daxili İşlər Nazirliyi tərəfindən dərc edilib.
Qeydə alınmış 37 612 faktdan 56,6%-i ağır olmayan, 27,6%-i isə orta ağır cinayətlərdir.
Bundan əlavə, qəsdən sağlamlığa ciddi zərər vurma, xuliqanlıq, soyğunçuluq, fırıldaqçılıq, kompüter texnologiyasından istifadə edərək oğurluq hallarının artması qeydə alınıb.