İstanbul valisi Əli Yerlikaya 7 təyyarə ilə 1093 personalın episentri Kahramanmaraşın Pazarcık mahalı olan 7,7 bal gücündə zəlzələdən zərər çəkmiş vilayətlərə hərəkət etdiyini bildirib.
Sitat.info xəbər verir ki, Əli Yerlikaya sosial media hesabında etdiyi paylaşımda bildirib ki, AFAD axtarış-xilasetmə, sağlamlıq, jandarma, polis, böyükşəhər yanğınsöndürmə və rayon bələdiyyələrinə aid qruplardan ibarət 1093 nəfərlik şəxsi heyətimiz 7 təyyarə ilə zəlzələ bölgəsinə yola düşdü. Rəbbim ölkəmizi hər cür fəlakətdən qorusun.
Seymur Bənnayev
Sitat.info