Episentri Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələdən sonra Ukrayna Prezidenti Volodimir Zelenskinin xanımı, birinci xanım Olena Zelenska, Əminə Ərdoğana müraciət edərək: “Əminə Ərdoğan, biz sizinləyik və yardıma hazırıq",- deyə bildirib.
Sitat.info xəbər verir ki, birinci xanım Zelenska mesajında: “Öz faciəmizə baxmayaraq, bu gün düşüncələrimiz və dualarımız Türkiyənin yanındadır. Minlərlə insanın ölümü və iztirabları sözlə ifadə olunmaz ağrıdır. Əminə Ərdoğan, biz sizinləyik və hər cür kömək etməyə hazırıq. Fəlakətdən zərər çəkənlərə başsağlığı verirəm. Ukrayna sizinlədir”, - deyə o bildirib.
Seymur Bənnayev
Sitat.info