İstanbuldan zəlzələ bölkəsinə 2647 nəfərlik heyət göndərildi

17:38 6 Fevral 2023

İstanbul valisi Əli Yerlikaya  Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən zərər çəkmiş bölgəyə 16 təyyarə və 2647 xilasedicinin göndərildiyini açıqlayıb. 

Sitat.info xəbər verir ki,  Yerlikaya sosial media hesabında etdiyi paylaşımda bu sözləri yazıb: "Bölgə Müdirlikləri, Böyükşəhər və rayon bələdiyyələri tərəfindən göndərilən 16 təyyarə və 2647 personal və 311 inşaat maşını İstanbulumuzdan zəlzələ bölgəsinə doğru yoldadır. Allah ölkəmizi hər cür fəlakətdən qorusun".

Səid,

Sitat.info



Xəbər xətti