Türkiyədəki zəlzələ Danimarka və Qrenlandiyada da hiss edilib

17:44 6 Fevral 2023

Episentri Kahramanmaraş olan və 10 vilayətdə baş verən 7,7 bal gücündə zəlzələ Türkiyəni silkələyib. Danimarka və Qrenlandiyanın Geoloji Tədqiqat Mərkəzindən seysmoloq Tine Larse bildirib ki, Türkiyədəki şiddətli zəlzələlər Danimarka və Qrenlandiyanın seysmoqraflarında aydın şəkildə qeydə alınıb.

Sitat.info xəbər verir ki, Türkiyə bu günə Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7,7 bal gücündə zəlzələ ilə oyanıb. Kahramanmaraşda baş verən zəlzələdən sonra Qaziantepin Nurdağı rayonunda 6,4 bal gücündə zəlzələ baş verib. Baş verən zəlzələlər Türkiyənin ən azı 10 vilayətində, Suriya, Livan və İsraildə hiss olunub. Nəhayət, saat 13.24-də Kahramanmaraşın Gözpınar rayonunda 7,5 bal gücündə daha bir zəlzələ baş verib.

Bütün baş verənlərdən sonra seysmoloq Tine Larse deyib: "Türkiyədə baş verən böyük zəlzələlər Danimarka və Qrenlandiyada seysmoqraflarda aydın şəkildə qeydə alınıb".

Danimarka və Qrenlandiya Geoloji Araşdırma Mərkəzindən Larse Türkiyənin ən az 10 vilayətində güclü hiss edilən zəlzələnin Qrenlandiya qədər uzaqlarda hiss edildiyini açıqlayıb.

Məğrur,

Sitat.info



Xəbər xətti