Fransanın Avropa İttifaqı (Aİ) işləri üzrə dövlət naziri Laurens Boone, üzv ölkələrin bu genişlənmədən mənfi təsirə məruz qalmamasının Ukraynanın Aİ-yə üzvlüyü qədər vacib olduğunu bildirdi.
Sitat.info xəbər verir ki, Fransalı nazir Kahramanmaraşdakı zəlzələ ilə bağlı bildirib: “Ürəyimiz zəlzələdən zərər çəkən Türkiyə və Suriyada həyatını itirənlərlə və onların ailələri ilədir”.
Aİ Mülki Müdafiə Mexanizminin işə salındığını xatırladan Boone, Fransa prezidenti Emmanuel Makronun da sahəyə kömək etmək üçün bir qrup göndərməyi təklif etdiyini bildirdi.
Boone bildirib ki, bugünkü görüşdə onlar immiqrasiya və Ukrayna məsələsini, eləcə də Avropa sənayesinin strateji siyasətlərinin gücləndirilməsini müzakirə edəcəklər.
İmmiqrasiya məsələsi ilə bağlı danışıqların “xarici səbəblər” üzərində qurulacağını bildirən Boone, görüşdə qeyri-qanuni immiqrasiya şəbəkələri ilə mübarizə və sığınacaq tələblərinin qorunması, o cümlədən mühacirəti olan ölkələrə dəstək məsələlərinin müzakirə ediləcəyini bildirib.
Ukrayna məsələsində Aİ-nin dəstəyi və Ukraynanın üzvlük prosesinin balanslı şəkildə davam etdirilməsi ilə məşğul olacaqlarına işarə edən Boone bildirib: "Bilinməlidir ki, biz (Avropa) Ukraynanı itirməməklə yanaşı, biz də bu genişlənmədə itirməməliyik",- dedi.
Seymur Bənnayev
Sitat.info