Qazaxıstanda 5,4 maqnitutada zəlzələ baş verib

18:52 6 Fevral 2023

Qazaxıstanın cənubunda 5,4 maqnitutada zəlzələ baş verib.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 19:02-də qeydə alınıb. Təbii fəlakətin episentri Almatıdan 628 kilometr qərbdə olub. Mənbə 5 kilometr dərinlikdə yerləşib.



Xəbər xətti