Zəlzələ Suriyada da ağır itkiyə səbəb oldu, 538 ölü - Video - Yenilənib

21:07 6 Fevral 2023

Türkiyənin Kahramanmaraş şəhərində baş verən 7,4 bal gücündə zəlzələ Suriyada da hiss olunub.

“Qafqazinfo” “Al-Hadas” telekanalına istinadən xəbər verir ki, Suriyada zəlzələ nəticəsində 100-dən çox insan həlak olub.

Dağıntılar arasından 400 yaralı çıxarılıb. Həlak olanların əsas olaraq Hələb, Hama və Lazkiye şəhərlərinin sakinləri olduğu bildirilir. 

***

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 230-a çatıb. Daha 600 nəfər isə yaralanıb. 

***

Suriyada həlak olanların sayı 427 nəfərə çatıb.

***

Suriyanın “Al-Watan” qəzetinin məlumatına görə, ölkənin Baş naziri Hüseyn Arnusun bacısı Nasub Arnus Hama şəhərində zəlzələ nəticəsində həlak olub.

Məlumata görə, Nasub Arnus və onun bir neçə övladı və nəvələri binanın uçması zamanı həyatlarını itiriblər.

***

Suriyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, ölənlərin sayı 538-ə çatıb.



Xəbər xətti