Türkiyənin bir çox vilayətində can və mal itkisi ilə nəticələnən Kahramanmaraş mərkəzli zəlzələdən sonra Rusiyadan Türkiyəyə dəstək qruplarının göndərilməsi davam edir. Rusiya Fövqəladə Hallar Nazirliyi gündüz saatlarında göndərilən axtarış-xilasetmə qruplarına əlavə olaraq axşam saatlarında yeni qrupların yola düşdüyünü açıqlayıb. Nazirlik, həmçinin zəlzələ bölgələrində yaradılacaq sahə xəstəxanasının göndərildiyini açıqlayıb.
Sitat.info-nun məlumatına görə, Nazirlikdən bildirikib ki, fəlakət bölgəsində zəlzələdən zərərçəkənlərə birbaşa yardım göstərmək üçün hava yolu ilə daşına bilən səhra xəstəxanası Türkiyəyə göndərilib. 40-dan çox çalışan mütəxəssislər xəstəxanada ixtisaslı tibbi yardım göstərəcəklər”.
Rusiya Fövqəladə Hallar Nazirliyi də hava limanlarından Türkiyəyə göndərilən qrupların və təyyarələrlə yardım paketlərinin göndərilməsinin görüntülərini yayıb. Nazirlik humanitar yardım materiallarının, eləcə də xilasetmə qruplarının Türkiyə ilə yanaşı Suriyaya da göndərildiyini açıqlayıb.
Seymur Bənnayev
Sitat.info