Türkiyənin zəlzələdən zərər görən Malatya şəhərindəki Güven Qocalar Evinin xəstələri qaldıqları binadan təxliyə edilib.
BAKU.WS-i Türkiyə KİV-ə istinadən xəbər verir ki, soyuq havada çöldə xəstə və əlil vətəndaşları videoya çəkən qocalar evinin əməkdaşı aidiyyatı qurumlardan kömək istəyib.
Son məlumata görə, təbbi fəlakət zamanı binaya heç bir ziyan dəymədiyi üçün xəstələr yenidən öz binalarına yerləşdirilib.
Görüntüləri təqdim edirik: