Nəqliyyat və İnfrastruktur Nazirliyi, Kahramanmaraş mərkəzli zəlzələdən zərər çəkmiş Adana, Mersin, Osmaniye, İskenderun, Diyarbəkir, Elazığ və Malatyada verdiyi vaqonlarla 3400 vətəndaşa yaşayış yeri təmin edib.
Sitat.info xəbər verir ki, episentri Kahramanmaraş Pazarcık olaraq təyin olunan və ətraf şəhərlərdə hiss edilən zəlzələdən sonra başda Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya, Kilis və Adana olmaqla bütün dövlət qurumları hərəkətə keçib.
Nəqliyyat və İnfrastruktur Nazirliyi zəlzələdən zərərçəkənlərin soyuq qış gününü küçədə keçirməməsi üçün tədbirlər görüb.
Seymur Bənnayev
Sitat.info