Milli Müdafiə Nazirliyi bölgədə baş verən zəlzələdən istifadə edən terror təşkilatı PKK/YPG-nin Tel Rıfatdan Öncüpınar Sərhəd məntəqəsinə hücum təşkil etdiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Milli Müdafiə Nazirliyindən verilən açıqlamada: “İnsanlıqdan nəsibini almayan terror təşkilatı PKK/YPG, hətta zəlzələdən də istifadə edərək Tel Rıfatdan Öncüpınar sərhəd məntəqəsinin nəzarətialtında olan ərazilərə iyrənc bir hücum həyata keçirdi. Əsgərlərimizdə hər hansı itki olmasa da, terrorçu hədəflərə eyni şəkildə cavab verildi",- deyə bildirilib.
Seymur Bənnayev
Sitat.info