Türkiyənin fenomen aşpazı CZN Burak ağlayaraq yardım istədi

18:19 7 Fevral 2023

 1996-cı ildə Hatayda anadan olan CZN Burak ləqəbli Burak Özdəmir zəlzələdən sonra məmləkətinin vəziyyətini görüb ağlayaraq canlı yayımda kömək istəyib. Kahramanmaraş və 10 vilayəti yerlə-yeksan edən zəlzələdən sonra dərhal yardım hazırlıqlarına başlayan fenomen, "Lütfən, hər kəs əlindən gələni etsin" -deyib.

Sitat.info xəbər verir ki, Hatayda atasına məxsus kiçik restoranı işlətməyə başlayandan sonra İstanbulda filial açan Hatay doğumlu CZN Burak, göz yaşları içində paylaşım edib. 
Hazırda tırları ərzaqla doldurub zəlzələ bölgəsinə göndərmək üçün hazır vəziyyətə gətirən Burak Özdemir bu hazırlıqları göz yaşları içində izah etdi.
Restoranlarının anbarlarındakı məhsulları zəlzələ bölgələrinə çatdırmaq üçün qollarını çırmalayan Burak Özdemir onları bir mərkəzə yığmağa başlayıb. Restoranında çörək sexini işə salan CZN Burak əlindən gələni etdiyini bildirib.
O, Özdemir göz yaşları içində "Hər kəs əlindən gələni etməlidir" deyərək zəlzələ bölgələrinə hazırlıqlarından danışıb.

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti