MHP sədri Dövlət Baxçalı zəlzələ ilə mübarizə çərçivəsində AFAD-a 1 milyon lirə yardım etdiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, bu barədə MHP lideri Bahçeli, Twitter hesabından verdiyi açıqlamada deyib.
"Türkiyəmiz böyük bir fəlakətlə üzləşdi. Kədərimiz sözlə ifadə edilə bilməz. Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarının episentri olduğu şiddətli zəlzələlər böyük dağıntılara səbəb oldu, qəlbimizi parçalaydı, millətimizi dərindən sarsıtdı: " Konstitusiyanın 119-cu maddəsinə uyğun olaraq 3 ay müddətinə 10 əyaləti əhatə edən fövqəladə vəziyyət elan edilib. Milliyyətçi Hərəkat Partiyası bunu qətiyyətlə dəstəkləyir. Fövqəladə vəziyyət qərarı düzgündür”.
Baxçalı açıqlamasının davamında qeyd edib ki, AFAD-a yardım edib: “Zəlzələ ilə mübarizə çərçivəsində AFAD-a 1 milyon lirə yardım etdiyimi, Ülkü Ocakları Təhsil və Mədəniyyət Vəqfinin də dəstək və yardımlarını göstərəcəyini bildirirəm. Zəlzələ faciəsində həyatını itirənlərə Allahdan rəhmət, müalicəsi davam edən vətəndaşlarımıza şəfa diləyirəm. Vətənimizə, millətimizə başsağlığı veririk".
Məğrur,
Sitat.info