Ərdoğan sabah zəlzələ bölgəsinə gedəcək

00:07 8 Fevral 2023

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah səhər saatlarında zəlzələ bölgəsinə gedəcək.

Sitat.info "Habertürk"ə istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə zəlzələ zamanı dünyasını dəyişən AKP-li millət vəkili Yakup Taşın ailəsinə başsağlığında bildirib.

"Allah səbr versin. Bütün Taş ailəsinə başsağlığı verirəm. İnşallah sabah səhərdən zəlzələ baş verən ərazilərə gedəcəyəm", - Ərdoğan deyib.

Ən son məlumatlara görə, zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.



Xəbər xətti