Dünyanın gözü, qulağı Türkiyədən və Suriyadan gələn xəbərlərdədir. Suriyada dağıntılar altında dünyaya gələn körpə üçün gözlənilən xəbər gəlib. Möcüzə körpənin səhhətinin yaxşılaşdığı açıqlanıb, lakin o, zəlzələdə bütün ailəsini itirib.
Sitat.info xəbər verir ki, İngiltərə mətbuatında yer alan xəbərə görə, möcüzə körpənin səhhəti yaxşılaşır.
Mövzu ilə bağlı açıqlama verən həkimlər körpənin xəstəxanaya gətirilərkən vəziyyətinin son dərəcə pis olduğunu bildiriblər.
Məlumata görə, dağıntılar altında dünyaya gələn körpənin anası Afraa, atası Abdullah və 4 bacısı həyatını itirib.
Körpənin əmisi xilasetmə işlərində şəxsən iştirak etdiyini və ailədən başka heç kəsin sağ olmadığını bildirib.
Seymur Bənnayev
Sitat.info