Kahramanmaraşda bir-birinin ardınca baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər Türkiyəni şoka salıb. Zəlzələdən zərər çəkənlərin yaralarının sağaldılması üçün yardım kampaniyaları başladılıb. Elazığda övladını itirən ananın hazırladığı yardım qutularından çıxan qeyd oxucuları təsirləndirib.
Kahramanmaraşda bir-birinin ardınca baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra zəlzələ qurbanlarının yaralarının sarılması üçün yardım kampaniyaları başladılıb.
Elazığlı vətəndaşlar zəlzələnin ilk anından başda qonşu Malatya olmaqla zəlzələ bölgəsinə yardım səfərbərliyinə başlayıb. Vətəndaşların zəlzələ bölgəsinə göndərilmək üçün gətirdikləri yardım qutularından birində hər kəsi duyğulandıran qeyd çıxlb
Övladını itirən ananın yazdığı qeyddə yazılıb: “Mən övladımı yenicə itirdim. Ona geyindirmək nəsib olmadı. Ehtiyacı olanlar geyindirsin, bizim üçün də dua etsin”.
Seymur Bənnayev
Sitat.info