Washington Post qəzeti, mərkəzi Kahramanmaraşda olan və 10 vilayətdə təsirli olan 7,7 və 7,6 bal gücündə zəlzələlərin "yüzlərlə ildir yığılmış təzyiqin sərbəst buraxılması" nəticəsində baş verə biləcəyi qiymətləndirməsinə yer verib.
Sitat.info xəbər verir ki, Qəzetin ABŞ Geoloji Xidmətinin (USGS) məlumatlarına və ekspert rəyinə əsaslanan xəbərində Türkiyə və Suriyada çoxlu sayda insanın ölümünə səbəb olan zəlzələlərin yaxşn regionda, dünyada hiss edildiyi vurğulanıb.
Zəlzələdən sonra USGS tərəfindən dərc edilən təhlildə, Şərqi Anadolu kəsiyi boyunca Anadolu və Ərəb plitələrinin sürüşərək bir-birinə sürtülməsi, fəlakətli sürüşmələrin yaratdığı daim artan təzyiqə səbəb olduğu qeyd edilib.
Təhlildə, USGS-nin 7,8 bal gücündə elan etdiyi ilk zəlzələnin bir-birinə qarşı yana doğru hərəkət edən qırılma hərəkətləri və ya sürüşmə ilə tətikləndiyi və "zəlzələlərin yüzlərlə illik yığılmış təzyiqin sərbəst buraxılması" nəticəsində meydana gəldiyi ifadə edilib.
Xəbərlərdə fikirlərinə yer verilən seysmoloq və tədqiqatçı Judith Hubbard, zəlzələyə səbəb olan təzyiq artımının 300 ilə qədər davam edə biləcəyini təxmin edib.
USGS-nin məlumatına görə, bu zəlzələdən sonra Anadolu və Ərəbistan plitələri 3-3,5 metr sürüşüb.
USGS, əsas zəlzələdən sonra həftələr və ya aylar ərzində təkrar təkanların baş verməsinin normal olduğunu və zaman keçdikcə onların intensivliyi, müddəti və tezliyi azalmağa meylli olduğuna diqqət çəkib.
Məğrur
Sitat.info