Ruslar Luqansk vilayətində hücuma keçib. Onlar Ukrayna müdafiəsini yarmağa çalışırlar, Kremenski istiqamətində maksimum gərginlik müşahidə olunur.
Sitat.info xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Svatovonun şimal-qərbində rusların hərəkəti müşahidə olunub. Bu sektorda hücumda bir neçə bölmənin hissələri iştirak edirdi. Əməliyyatlar 144-cü və 3-cü motoatıcı diviziyalarının bir neçə alayının bölmələri, 90-cı tank diviziyasının alayının bölmələri, 76-cı Hava Desant Diviziyasının bölmələri və Cənub Hərbi Dairəsinin naməlum bölmələri tərəfindən dəstəklənir. Bu, Rusiyanın yeni hücumunun başlanğıcıdır. Ukraynalı müdafiəçilər işğalçılara Luqansk vilayətində təşəbbüsü ələ keçirməyə imkan vermir”, - məlumatda qeyd olunub.