Türkiyə və Suriyada baş verən zəlzələnin maliyyə dəyəri açıqlanıb

16:09 9 Fevral 2023

Beynəlxalq reytinq agentliyi Fitch, Türkiyə və Suriyada baş verən zəlzələnin maliyyə xərclərinin 4 milyard dollar olacağını təxmin edib.

Fitch, Türkiyə və Suriyada baş verən zəlzələnin maliyyə hesabının 2 milyard dolları keçəcəyi, zərərin isə 4 milyard dollar və daha çox ola biləcəyi barədə xəbərdarlıq edib.

Zəlzələdən zərər çəkmiş ərazilərdə sığorta tariflərinin aşağı olduğunu qeyd edən Fitch, sığorta məbləğlərinin "çox aşağı", "bəlkə də təxminən bir milyard dollar" olacağını təxmin edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti