Avropa İttifaqına üzv ölkələrin liderləri, Kahramanmaraşda baş verən zəlzələ ilə əlaqədar prezident Rəcəb Tayyib Ərdoğana məktub göndərib.
Sitat.info xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı Liderlər Zirvəsi keçirilib. Sammit Türkiyədə zəlzələdə həyatını itirənlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Başsağlığı ifadə edən 27 lider, Türkiyə ilə tam həmrəy olduqlarını ifadə edərək bildiriblər: “Yaxın koordinasiya içində dəstəyimizi artırmağa hazırıq. Fikrimiz sizinlə və xalqınızladır”.
Məktubda Türkiyə və Suriya xalqı ilə həmrəy olduqlarını əlavə edən Avropa liderləri həyatını itirənlərə başsağlığı verib, yaralananlara isə tezliklə şəfa diləyib, gecə-gündüz işlərini davam etdirən komandalara hörmət və təşəkkürlərini bildiriblər.
Seymur Bənnayev
Sitat.info