Rusiyanın Ukraynaya növbəti hücum üçün gücü var?

19:00 9 Fevral 2023

Rusiya, işğalın ildönümü olan fevralın 24-nə qədər cəbhədə mümkün qədər çox uğur qazanmağa çalışacaq. Amma Kiyevə yeni irimiqyaslı hücum olmayacaq, çünki Rusiyanın buna gücü artıq çatmır.

Sitat.info  "Unian"-a istinadən xəbər verir ki, bunu Aleksiy Danilov "Report"-a açıqlamasında deyib.

"Onların Kiyevi ələ keçirmək gücü yoxdur. Üstəlik, cəmiyyətimiz buna imkan verməyəcək", - o bildirib.

Danilov həmçinin etiraf edib ki, ruslar Belarusdan Ukraynanın qərb bölgələrinə hücum edərək Qərb silahlarının tədarükünü kəsməyə çalışacaqlar.

“Biz belə bir ssenariyə hazırıq, nə baş verdiyini anlayırıq və lazımi şəkildə cavab verəcəyik”, - deyə o bildirib.

Son bir neçə həftə ərzində həm hərbi ekspertlər, həm də rus təbliğatçıları Rusiya qoşunlarının Ukraynada gözlənilən “böyük hücumu”nu fəal şəkildə müzakirə edirlər.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusovun sözlərinə görə, Rusiya fevralın 24-dən bəri hücum cəhdlərindən əl çəkməyib. Hazırda cəbhədə müşahidə olunan hərbi əməliyyatların intensivləşməsi və vəziyyətin gərginləşməsidir.

Hərbi ekspert Oleq Jdanov, rusların kütləvi hücumunun artıq bir il əvvəlki kimi olmayacağını bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti