"The Best": Ən yaxşı kişi baş məşqçi nominasiyası üzrə finalçılar açıqlanıb

20:16 9 Fevral 2023

FIFA 2022-ci ilin ən yaxşı kişi baş məşqçisi nominasiyası üzrə mükafatın finalçılarını açıqlayıb.

Sitat.info-nun qurumun rəsmi saytına istinadən məlumatına görə, yekun siyahıda 3 mütəxəssis yer alıb.

Finalçılar bunlardır: Karlo Ançelotti (İtaliya / "Real Madrid"), Xosep Qvardiola (İspaniya / "Mançester Siti"), Lionel Skaloni (Argentina millisi).

Qeyd edək ki, "The Best" mükafatı fevralın 27-də təqdim ediləcək.



Xəbər xətti