Belçikanın paytaxtı Brüsseldə təşkil edilən Avropa İttifaqı (Aİ) Liderlər Zirvə Toplantısının ardından dərc edilməsi gözlənilən yekun bəyannamədə Türkiyədə meydana gələn zəlzələ fəlakəti ilə bağlı qərara yer verilib.
Sitat.info xəbər verir ki, Türkiyədə baş verən zəlzələ fəlakəti ilə əlaqədar dəstək vermək üçün mart ayında keçirilməsi planlaşdırılan Donorlar Konfransına Brüsselin ev sahibliyi edəcəyi açıqlanıb.
Konfrans, Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişelin tələbi ilə Türkiyə və Suriyada baş verən zəlzələ qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mişelin sözçüsü Barend Leyts, yekun bəyannamədə Türkiyədə baş verən və Suriyada da dağıntılara səbəb olan zəlzələ ilə bağlı qərar verildiyini açıqlayıb. Yekun bəyannamədə “Türkiyə və Suriyada zəlzələ” başlığı ilə müzakirə edilən qətnamənin mətnində Türkiyə və Suriyaya başsağlığı verilərkən bildirib: “6 fevral 2023-cü ildə baş verən faciəvi zəlzələdən sonra Avropa Şurası dərin hüznlə başsağlığı verir. Biz türk xalqı ilə həmrəyik. Bu faciədən dərhal sonra ittifaqın sarsılmaz həmrəyliyini nümayiş etdirmək üçün 1600 xilasedici Türkiyəyə göndərilib. Şura təsirə məruz qalan bütün ərazilərdə əzabları azaltmaq üçün daha çox yardım göndərməyə hazır olduğunu bir daha bəyan edir".
Zəlzələlərdən sonra Türkiyə və Suriyaya dəstək vermək üçün mart ayında konfrans təşkil ediləcəyi bildirilən açıqlamada bildirib ki, İsveç sədrliyi və komissiyası İanə Konfransına ev sahibliyi edəcək. Türk və Suriya xalqına dəstək verən cəmiyyət Beynəlxalq fondları səfərbər etmək üçün mart ayında Brüsseldə görüşəcək.
Seymur Bənnayev
Sitat.info