Ronaldu çıxış etdiyi ölkə çempionatlarında 500-cü qolunu vurub

22:45 9 Fevral 2023

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanın "Əl-Nəsr" klubunun futbolçusu Kriştianu indiyədək çıxış etdiyi ölkə çempionatlarında 500-cü qolunu vurub.

Sitat.info "Goal" nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı hücumçu buna Səudiyyə Ərəbistanı Peşəkar Liqasında "Əl-Vəhdə" ilə XVI tur oyununda fərqlənməklə nail olub.

21 və 40-cı dəqiqələrdə rəqib qapısına yol tapan təcrübəli forvardın ilk qolu yubiley xarakteri daşıyıb.

Qeyd edək ki, ilk hissədən sonra hesab "Əl-Nəsr"in xeyrinədir - 2:0.



Xəbər xətti