Ukrayna: Rusiya kritik yerlərə ağır artilleriya ilə hücuma keçib

16:29 10 Fevral 2023

Ukrayna Müdafiə Nazirliyi, Rusiya ordusunun bu gün kamikadze, PUA və qanadlı raketlərlə Ukraynanın kritik əhəmiyyətli şəhər və obyektlərinə hücumlar həyata keçirdiyini bildirib.

Sitat.info xəbər verir ki, Nazirlik açıqlamasında, Rusiya hərbi birləşmələrinin səhər saatlarında Ukraynada geniş hücumlar təşkil etdiyini açıqlayıb.

Ukraynanın kritik əhəmiyyətli şəhər və obyektlərinin hücuma məruz qaldığı bildirilən açıqlamada bildirib: “Azov dənizinin şərq sahilindən 7 ədəd Shahed-136/131 kamikadze PUA və  Qara dənizdəki Rusiya gəmisindən 6 ədəd “Kalibr” qanadlı raketi istifadə edilib".

Açıqlamada, Ukrayna Hərbi Hava Qüvvələrinin öz gücü və vasitələri ilə 5 raket və 5 kamikadze PUA-nı məhv etdiyi bildirilib.

Rusiya qüvvələrinin Ukraynanın Belqorod və Tokmak şəhərlərindən S-300 zenit raketləri ilə Ukraynanın kritik əhəmiyyətli şəhər və obyektlərinə ağır zərbələr endirdiyi ifadə edilən açıqlamada bildirib ki, Rusiya ordusu Xarkov və Zaporojye bölgələrində Hava Hücumundan Müdafiə sistemi ilə məhv edilə bilməyən 35 -ə qədər raket atılıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti