Osmaniyyədə növbəti afterşok: 4 mərtəbəli bina çökdü

17:39 10 Fevral 2023

Kahramanmaraşda 2 böyük zəlzələdən təsirlənən Osmaniyedə bu gün baş verən artçı zəlzələdə 4 mərtəbəli bina dağılıb. Boş olmadığı bildirilən binanın dağıntıları arasında axtarış-xilasetmə işlərinə başlanılıb.

Sitat.info xəbər verir ki, Mərkəzi Kahramanmaraşda olan 10 vilayətdə dağıntılara səbəb olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra bölgələrdə artçı təkanlar davam edir. Osmaniyedə Musa Şahin bulvarında bu gün baş verən zəlzələdə 4 mərtəbəli bina dağılıb. Xəbərdarlıqla rayona göndərilən qruplar binada kiminsə olduğunu öyrənərək hərəkətə keçib.

Manisa Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyi qruplarının iştirakı ilə dağıntılar altında axtarış-xilasetmə işlərinə başlanılıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti