Uşaqlarını uçqundan çıxardı, ata-anasını çıxararkən həlak oldu - Hakkari göz yaşı tökür...

17:47 10 Fevral 2023

Episentri Kahramanmaraşda olan zəlzələdə Malatyada uçan binada ana və atasını xilas etməyə çalışarkən həyatını itirən Battalgazi Bölg Təhsil Şöbəsinin   müdiri Mücahit Tunçun cənazəsi məmləkəti Çukurca rayonuna gətirilib.

Sitat.info xəbər verir ki, 2 uşaq atası Mücahit 20 il Hakkaridə, 4 il isə Milli Təhsil Müdirliyində məktəb müdiri və şöbə müdiri işlədikdən sonra 1,5 il əvvəl Malatya Battalgazi İlçe Milli Təhsil Müdirliyinə şöbə müdiri təyin edilib. Oğlu Van Tunç babasınmın evində zəlzələyə yaxalanıb. Uşağı uçan binadan xilas edən Mücahit Tunç anası Halime və atası Kasım Tunçu çıxarmaq üçün içəri girib.
Lakin afterşoklar zamanı bina tamamilə dağılıb və Mücahit Tunç dağıntılar altında qalıb.

Daha sonra Mücahit Tunç, atası Kazım və anası Halime Tunçun cəsədləri çıxarılıb.  Cəsədlər bu gün məmləkəti Hakkarinin Çukurca mahalına gətirilib.
Minlərlə insanın iştirak etdiyi dəfn mərasimində Tuncun yaxınları və iş yoldaşları gözyaşı töküb. Tuncun cənazəsi Cümhuriyyət Mahallesi qəbiristanlığında valideynləri ilə yan-yana dəfn edilib.

Nərgiz,

Sitat.info



Xəbər xətti