Türkiyədə Kahramanmaraş şəhərində zəlzələdən 111 saat sonra uçan binanın dağıntıları altından bir qadın xilas edilib.
Bu barədə Sitat.info Türkiyə mətbuatına istinadən xəbər verir.
Qadın Trabzon küçəsində yerləşən 11 mərtəbəli binanın dağıntıları altından çıxarılıb.
Qeyd olunub ki, 46 yaşlı Döne Gülə xəstəxanaya yerləşdirilib.